Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-08 11:47:00
Məktəb həyatında icmanın roluna dair müzakirələr aparılıb

 Bakının M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbində Məktəb İnkişaf Şurası ilə dəyirmi masa keçirilib.

 

AzEdu.az xəbər verir ki, Şuranın şagird, icma nümayəndəsi, müəllim, şagird və valideynlərdən ibarət üzvləri ilə dəyirmi masada icma anlayışı və məktəbin həyatında icmanın rolu mövzusunda müzakirələr aparılıb.

 

Layihə Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi və “T-Network” - təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunur.

 

2022-ci ilin dekabr ayından icra olunan layihənin əsas ideyası məktəb-icma münasibətlərini təkmilləşdirmək, beləliklə, məktəb nüfuzunun artırılmasına nail olmaq və effektiv məktəb mühitini formalaşdırmaqdır. Layihə çərçivəsində Türkan qəsəbəsi 262 saylı və Hövsan qəsəbəsi M.Mehdiyev adına 280 saylı tam orta məktəblərdə Məktəb İnkişaf Şurası formalaşdırılıb.