Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-05 11:24:00
Bu şagirdlər Xüsusi məktəbə qəbul olunacaqlar

2023-cü il aprelin 2-də Dövlət Sərhəd Xidməti (DSX) Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilib. İmtahanda 800-dən çox şagird iştirak edib. Test imtahanı Azərbaycan dilində Azərbaycan dili və Riyaziyyat fənnləri üzrə aparılıb.

 

Bəs imtahanda iştirak etmiş şəxslər arasında seçim hansı formada aparılacaq?

 

Bununla bağlı DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan iştirakçılarının nəticələri Dövlət Sərhəd Xidmətinə təqdim ediləcək.

Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi məktəbə qəbul olunacaqlar.
 

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 6 aprel 2023‑cü il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 4 aprel saat 12:00-dan 5 aprel saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, valideyndən əlavə kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.