Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-30 14:39:00
Xaricdə təhsil almaq istəyənlər sənəd qəbulunda səhv etsələr... - Rəsmi CAVAB

30 martdan etibarən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023-2024-cü tədris ili üzrə sənəd qəbuluna start verilib.

 

Bəs qeydiyyatdan keçərkən hansısa səhv edən şəxslər müsabiqədə iştirak edə biləcək?

 

AzEdu.az xəbər verir ki, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova sözügedən məsələyə aydınlıq gətirib:

 

“Biz elektron sistem üzərində tələbələr və mürəciət edənlər ilə kommunikasiyada oluruq. Əlbətdə arzu olunur ki, onlar tələb olunan şəkildə sənədləri yükləsinlər. Tövsiyə edirik ki, müraciət edən şəxslər indiki mərhələdə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş seçim qaydaları ilə yaxından tanış olsunlar və sənədləri düzgün şəkildə təqdim etsinlər. Amma hər hansı bir əskiklik olarsa, Dövlət Proqramının İdarəetmə qrupu tərəfindən sənədlər incələnəcək və çatışmazlıq olarsa, geridönüş ediləcək. Onlara şans veriləcək ki, sənədləri yenidən düzgün şəkildə təqdim etsinlər”.