Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-17 16:41:58
Daha 10 məktəbin inkişaf planı hazırlanır   

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi məktəbəsaslı metodik xidmətin göstərilməsi istiqamətində işləri davam etdirir.

 

AzEdu.az xəbər verir ki, bu məqsədlə 2023-cü ildə ARTİ MDPİM tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan daha 10 məktəbə (91, 111, 159, 162, 238, 242, 260, 265, 270 və 284) Məktəbin İnkişaf Planının (MİP) yazılması və tətbiqi ilə bağlı metodik dəstək göstərilməsinə başlanılıb.

 

16 mart 2023-cü il tarixində prosesə başlanılıb və MİP-in yazılması ilə bağlı bir neçə məktəbin idarəetmə heyəti və MİP komandası ilə görüşlər keçirilib. Görüşlərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən keçirilmiş inspeksiyanın hesabatları müzakirə olunub və məktəbin inkişafı üçün atıla biləcək addımlar haqqında fikir mübadiləsi aparılıb.

 

ARTİ MDPİM-in əməkdaşları məktəbin MİP komandasının üzvləri tərəfindən məktəbin inkişafı üçün irəli sürülmüş təklifləri dinləyib, keçənilki təcrübələri bölüşüblər. Daha sonra pedaqoji heyəti maraqlandıran bir sıra suallar cavablandırılıb.

 

Eyni zamanda, MİP-in yazılması istiqamətində məktəblərin MİP komandalarına tövsiyələr verilib.

 

Qeyd edək ki, Məktəbin İnkişaf Planı 3 tədris ili müddətində məktəbin inkişafına xidmət edən strateji planlamadır.