Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-13 16:43:00
Bağça müəllimlərinin maaşı artacaq? - Rəsmi CAVAB

Məlum olduğu kimi,  diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, direktor və direktor müavinlərinin, həmçinin peşə təhsili müəssisələrində çalışan müəllimlərin maaşı 1 fevral 2023-cü il tarixindən 10 faiz artırılıb.

 

Bu qərardan sonra məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçilərin onların da maaşlarında artım olacağını gözləyirdilər.

Ancaq bağça müəllimlərinin maaşı barədə rəsmi qərar olmadı.


Hazırda sosial şəbəkələrdə bununla bağlı bəzi müzakirələr aparırlar. Bu müzakirələrdə məktəbəqədər təhsil müəssisələrin tərbiyəçiləri narazılıqlarını ifadə edirlər.

Bəs bağça müəllimlərinin əməkhaqlarında hər hansı artım gözlənilirmi?

AzEdu.az-ın əməkdaşı bu sualla Elm və Təhsil Nazirliyinə müraciət edib.

 

Nazirlikdən verilən cavabdan belə məlum olub ki, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçilərə hələ ki ümidverici xəbər çatdırmaq mümkün olmayacaq.


Elm və Təhsil Nazirliyindən bildirilib ki, Nazirlər Kabinetinin qərarında ancaq ümumi və peşə təhsili müəssisələrində çalışan müəllimlərin maaş artımı qeyd olunub.

Hazırda bağça müəllimlərinin maaş artımı nəzərdə tutulmur.