Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-13 12:07:00
Müəllim olmaq istəyən 4 şagirdə dəstək - təhsil xərclərini şirkət ödəyəcək

Təhsilalanlara dəstək təşəbbüsləri çərçivəsində “Unity company” tərəfindən bir neçə şagirdin təhsil xərclərinin qarşılanması həyata keçirilir. Belə ki, şirkət Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı paytaxtdakı 3 məktəbdə müəllim olmaq istəyən abituriyentlərin təhsil ehtiyaclarını qarşılamağı öz üzərinə götürüb.

 

AzEdu.az xəbər verir ki, Bakı şəhəri 297 nömrəli tam orta məktəbin II sinif şagirdi Leyla Nəzərova, X sinif şagirdi Güləli Əlişanov, 298 nömrəli tam orta məktəbin X sinif şagirdi Nəzrin Musayeva, 301 nömrəli tam orta məktəbin XI sinif şagirdi Nərgiz Əliyevaya “Unity company”nin təsisçisi Fikrət Əliyev tərəfindən dəstək verilməsi qərara alınıb.

 

Əgər həmin şagirdlər ödənişli universitetlərə qəbul olunarlarsa, onların təhsil xərcləri də “Unity company” tərəfindən qarşılanacaq.

 

Qeyd edək ki, əsas məqsəd müəllim olmaq istəyən şagirdlərə maddi-mənəvi dəstək göstərmək və təhsildə xeyriyyəçilik ənənələrini inkişaf etdirməkdən ibarətdir.

Onu da qeyd edək ki, şagirdlərin mütaliəyə marağının artırılması məqsədilə “Unity company” tərəfindən paytaxt məktəblərinə davamlı olaraq müxtəlif mövzularda kitablar hədiyyə edilir.