Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-27 09:30:20
İrandakı erməni məktəbləri...

İranda erməni dilində tədris aparan məktəblərin mövcud olması hamıya məlumdur. Bu ölkədə yaşayan azərbaycanlı, ərəb, kürd, bəluc, talış, lorların sayının milyonlarla olmasına baxmayaraq, onların heç birinin ana dilində məktəbləri yoxdur. İran hökuməti İslam dininə etiqad edən bu xalqların doğma dillərində məktəb yaratmasına imkan vermir.
Amma cəmi 30-40 min əhalidən ibarət olan errmənilərin öz dillərində məktəbləri var.

AzEdu.az-ın məlumatına görə, ermənilər İranda yaşayan millətlər arasında ən az saya malik olan toplumdur və saylarıı getdikcə azalmaqda davam edir. Onların sayı o qədər sürətlə azalır ki, İranda bu millət haqqında statistika da vermir və siyahiyaalma  keçirmirlər. Çünki hər siyahiyaalmada ciddi şəkildə azalma müşahidə olunur.

2010-cu ildə bu ölkədə yaşayan ermənilərin sayını 50-60 min kimi göstərirdilər. İndi isə qeyri-rəsmi məlumatlara görə, orada cəmi 35 min erməni əhalisi qalıb. Çünki erməniləri İranda yaşamağa məcbur edən heç bir qüvvə qalmayıb və onlar artıq İranın gələcəyinə olan ümidlərini itiriblər. Axı ermənilər  gələcəyi olmayan ölkədə yaşamağı heç xoşlamırlar. Maraqlı olan bir məsələ də var ki, onlar Qarabağda olduğu kimi, İranda yaşayan nümayəndələrinin sayını artırmaqda da maraqlı deyillər. Məsələn, Xankəndidə cəmi 30 min olduqları halda özlərini 120 min göstərirlər. İranda isə bu üsuldan istifadə etmirlər. Yəqin saylarını süni surətdə artırmaqda maraqlı deyillər, yaxud yalanlarını sübut etmək daha asandır.

İrandakı erməni dilindəki məktəblərə gəlincə onların da statistikası aparılmır. Bir neçə il bundan qabaq onların sayının 29 olduğu bildirilirdi. Amma bu 29 məktəbin hamısını təhsil ocağı adlandırmaq olmaz. Çünki onların bəziləri cəmi 10 şagirddən ibarət erməni dili dərnəkləridir. İran erməniləri fars dilində təhsil almaq istəmədikləri kimi, heç erməni dilində də oxumaq istəmirlər. Onların seçimi Tehran və Təbriz kimi şəhərlərdə mövcud olan ingilis və fransız dilli məktəblərdir. Çünki İrandakı erməni ailələr öz uşaqlarını ali təhsil adı altında ölkədən çıxarmağı üstün tuturlar. Elə məhz buna görədə İrandakı erməni əhalisini sayı sürətlə azalır. Əgər ölkənin siyasi-iqtisadi vəziyyəti pisləşməkdə davam edəcəksə, İranda yaxın gələcəkdə nümunə göstərmək üçün erməni milləti qalmayacaq. Ermənilər İranda yaşadıqları günləri yalnız tarix kitablarından xatırlayacaqlar.

Erməni dilində ali məktəblərdən heç söhbət aparıla bilməz . Çünki burada erməni dilində universitet  sadəcə mövcud deyil. Erməni dili kafedraları bir-iki universitetdə var. Onlar da statistika xatirinə, kağız üzərində  fəaliyyət göstərir.