Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-26 15:14:00
Xocalı qurbanları “Unudulmayan tarix”lə anıldı

Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Ağdam Konfrans Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Unudulmayan tarix” adlı tədbir keçirilib.

 

AzEdu.az Reporta istinadən xəbər verir ki, rəsmi və bədii hissələrdən təşkil edilən tədbirdə rəsmi şəxslər, Xocalı şahidləri, gənclər, xarici ölkələrin diplomatik korpusunun və gənclər təşkilatlarının nümayəndələri iştirak edir.

 

Konfrans Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən anım tədbiri iştrakçıları Ağdamda olublar.

 

Rəsmi hissənin açılışında çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov tökülən qanların qisasını müharibədə döyüş meydanında aldığımızı qeyd edərək, Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilən 26 fevral tarixini unutmamağı və gələcək nəsillərə çatdırmağı gənclərə çağırış ediblər.

 

Tədbirdə Xocalı soyqırımının şahidləri olan Dürdanə Ağayeva və Vərziyar Əliyevanın çıxışları dinlənilərək xalqımıza qarşı törədilən dəhşətin miqyası təkrar xatırlanıb.

“Unudulmayan tarix” adlı anım tədbirinin bədii hissəsində “Xocalı nişanəsi” filminin nümayişi baş tutub.