Azedu.az

Cari tədris ilində 5655 tələbə təhsil kreditindən yararlanıb

Ali təhsil

Tələbələr

28 Yanvar 2023, 11:59
Cari tədris ilində 5655 tələbə təhsil kreditindən yararlanıb

Cari tədris ilinin payız sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.

 


AzEdu.az xəbər verir ki, bu günə qədər 7679 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 488 nəfərin müraciəti natamam olub, 412 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 1052 nəfərin müraciətinə imtina cavabı verilib, 72 nəfərin müraciəti isə banka yönləndirilib.

 


Payız sessiyası üzrə 5655 nəfərə TTK verilib. Onların arasından 2162 nəfərin müraciəti sosial TTK, 3493 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox