Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-06 13:08:00
“Dövlət İqtisad Universitetlərinin Birliyi” cəmiyyətin təsis edilməsi barədə razılıq əldə olunub

UNEC-in Elmi fəaliyyətin təşkili və idarəolunması departamentinin direktoru professor Zahid Məmmədov Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Avrasiya İqtisadi Perspektivi” Beynəlxalq Forumunda iştirak edib.

 

AzEdu.az xəbər verir ki, ənənəvi olaraq, hər il təşkil olunan forumun məqsədi Avrasiya iqtisadi inteqrasiyası çərçivəsində parlamentlərarası, təhsil, elm və digər sahələr üzrə əməkdaşlığı inkişaf etdirməkdir.

 

Rusiya Dövlət Duması adından Sankt-Peterburq Dövlət İqtisadiyyat Universitetinin təşkilati və elmi dəstəyi ilə təşkil olunan forumda UNEC professoru “Avrasiya humanitar əməkdaşlığı: Təhsil, elm və mədəniyyət” mövzusunda plenar iclasda çıxış edib. Tədbirdə universitetlərin təhsil və elm sahəsində, xüsusilə də Avrasiya Universitetlər Assosiasiyasına (UNEC daxil olur) üzv olan universitetlərarası elmi  əlaqələrinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və gələcək elmi əməkdaşlıq planları müzakirə olunub.

 

Forum çərçivəsində EFTİD-nin direktoru prof. Zahid Məmmədov aparıcı universitetlərin rəhbərləri ilə görüşərək, birgə elmi platformalar və nəşrlərlə bağlı əməkdaşlıq imkanlarını müzakirə edib. Görüşdə UNEC-in təşkilatı dəstəyi ilə “Dövlət İqtisad Universitetlərinin Birliyi” cəmiyyətinin təsis edilməsi barədə razılıq əldə olunub.