Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-02 18:00:00
Şagirdlər üçün oyun terapiyaları – Müəllimlər mütləq faydalanmalı-FOTOLAR

 

 

02.12.2022 -ci il tarixində Bakı şəhəri Suraxanı rayonu N. Rəfiyev adına 104 nömrəli məktəbdə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Grant Müsabiqədə qalib gələn "Oyun terapiyası" adlı layihənin pedaqoji heyət valideynlər üçün nəzərdə tutulmuş  təlimi keçirildi. Oyun uşaqlar üçün təbii bir prosesdir  və uşaq deyildiyində  ağıla ilk gələn oyun olur. Oyun  uşağın özünü ifadə etmək üçün  istifadə etdiyi simvolik bir dildir.

 

Oyun terapisti və psixoloq varlığı ilə uşağa aşağıdakı mesajları ötürməlidir.

 

Yalnız deyilsən, səninləyim…

Səni eşidir  və görürüəm...

Səni anlayıram…

Sənə dəyər verirəm…

Səni olduğun kimi qəbul edirəm..

 

Güvəndəsən…

 

Oyun Terapiyasının məqsədi, oyun vasitəsilə uşağın iç dünyasını anlamaqdır. Uşağın  oyun üzərində özünü ifade etməsi ən önəmli məqsədlərdən biridir. Digər bir məqsədi isə uşağın  yaşadığı olayı anlaması və bunların öhdəsindən gəlmək bacarıqlarını inkişaf etdirməsi və müsbət mənlik anlayışını inkişaf etdirməsinə köməkçi olmaqdır. Oyun terapiyasına  təhlükəsiz mühitdə uşaq müsbət və mənfi vəziyyətləri bir arada yaşar və öyrənir. Bu zaman onu narahat edən problemlər üzə çıxır və psixoloq və terapevt birlikdə bunu korreksiya edir.