Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-18 15:49:00
İntihar edən Prezident təqaüdçüsünün atası: “Cinayət işi açılmalıdır”

 

Bir ay öncə intihar edən UNEC-in Prezident təqaüdçüsü 2003-cü il təvəllüdlü Şəhriyar Səmədovun intihar xəbəri kədərlə qarşılanmışdı.

 

AzEdu.az xəbər verir ki, tələbənin atası Şahin Səmədli Şəhriyarın ölümündə qaranlıq məqamların olduğunu bildirib:

 

“Mənim oğlum Səmədov Şəhriyar İqtisad Universitetinin 4-cu kursunda oxuyurdu. Prezident təqaüdçüsü idi, 685 balla bu ali məktəbə daxil olmuşdu. 2019 -cu ildə buraxılış imtahanından maksimum 300 bal toplamışdı.Yaşının az olmasına baxmayaraq,öz istedadı,savadı ilə tanınmışdı.

 

Oktyabrın 6-da gecə saatlarında kirayə yaşadığı mənzildə asılı vəziyyətdə cəsədi tapılmışdı.Asıldığı turnik o qədər də hündürdə deyildi.Əllərini turnikə atanda ayaqları yerə dəyirdi.Yəni onun özünü asması şübhələr doğurur.Axı niyə özünü assın?Həmin gün fakültənin dekanlığından praktika üçün arayış alıb.Xaricdə mağistratura təhsili almağa hazırlaşırdı,yanvar ayında seçim edəcəkdi.Dil səviyyə imtahanının birindən uğurla keçmişdi,ikincisinə hazırlaşırdı ki,dünyanın daha nüfuzlu universitetlərinə düşə bilsin.Ümumvətəndaşlıq pasportu götürmək üçün ASAN xidmətə müraciət etmişdi.4 gündən sonra əmisi oğlunun toyunda iştirak etmək üçün rayona gəlməyə hazırlaşırdı.Belə planları olarkən nə baş verdi ki,bu uşaq oktyabrın 6-da intihar etdi?”

 

 

Ş.Səmədli hadisə ilə bağlı cinayət işinin açılması üçün Baş Prokurorluğa müraciət edib:

 

“Axı biz hüquqi dövlətdə yaşayırıq.Konstitutsiya ilə hər bir vətəndaşın hüquqları dövlət tərəfindən qorunur.Bəs niyə belə istedadlı gəncin ölümündən 43 gün keçib,Nizami Rayon Prokurorluğunda hələ də cinayət işi açılmayıb?Bir toyuq oğurlayana cinayət işi açıldığı halda,bəs nə mane oldu bu işin açılmağına prokurorluğun müstəntiqi maraqlı olmadı?Yalnız ehtimallarla,izahatlarla bu işi ört-basdır etməyə çalışırlar. Cənab Prezident,Cənab Baş Prokuror,mənim övladımın intihar etməsi çox şübhəlidir:ola bilər ki, onu sifarişlə aradan götürüblər,ya da qorxudub intihara sürükləyiblər.Nizami Rayon Prokurorluğunda bu müddətdə cinayət işinin açılmaması,ört-basdır edilməsi şübhələrimi daha da artırır.Sizdən xahiş edirəm mənim oğlumun ölüm səbəbinin ciddi araşdırılması işini nəzarətinizə götürəsiniz”.

 

Son olaraq o, -“Əks təqdirdə sizə açıq şəkildə bəyan edirəm,ədalətsizliyə etiraz olaraq mən də tezliklə öz həyatıma qəsd edərək balama qovuşacağam.Buna heç şübhəniz olmasın”-deyə, bildirib.