https://modern.az/ #
2022-11-08 15:55:00
Bağçadan əvvəl hər uşağın inkişaf etdirməsi lazım olan 6 BACARIQ  

Övladınız uşaq bağçasına başlayacaq deyə narahat olursunuz? Balaca uşağınıza məktəbə başlamazdan əvvəl hərfləri, rəqəmləri, şəkilləri və rəngləri öyrətməyə başlamısınız? Əksər valideyn üçün belə davranmaq normaldır, lakin çox lazımlı olduğu da deyilə bilməz. Valideynlər təhsilə erkən başlamağın üstünlük olduğunu düşünsələr də, uşaq bağçası üçün bu o qədər də keçərli deyil.

 

AzEdu.az xəbər verir ki, uşağın fərdi bacarıqlarını inkişaf etdirməsinə yardımçı olmaq, uşaq bağçasına başlayanda onsuz da öyrənəcəyi rəng, hərf, rəqəm və şəkilləri də daha asan və diqqətli qavramasını təmin edəcək.

 

Məktəb təhsilindən əvvəl özü ilə bağlı öyrənəcəyi çox şey var. Əvvəl buradan başlamaq faydalı olacaq. Bu kəşflərdə ona yol göstərəcək bir neçə addımı topladıq.

 

Öyrənməyi Sevməsi

 

Əgər təkcə uşaq bağçasındakı təhsilə diqqət yetirsəniz, böyük rəsmi qaçıra bilərsiniz. Çünki uşağınızın öyrənməyi sevməsi və buna istəkli olması bütün təhsil həyatının açarı olacaq. Maraqlanmağı bəsləmək, sual verməsinə təşviq etmək, mühakimə edərək düşünməsini təmin etmək və sizin də öyrənməyə açıq olduğunuzu anlaması, bu prosesdə onu öyrənməyin sehrli dünyasına çəkəcəkdir.

 

Sosiallaşa bilməsi

 

Məktəbin və həyatın əsas qanunu olan sosial münasibət qura bilmək və paylaşma, uşaq bağçası çağında özünü göstərir. Düzgün sosial münasibətləri qura bilmək adına iştirakçı olan, paylaşan və davranışları ilə xarakterini əks etdirən uşaqlar üçün problem həll etmək daha asan hala gəlir.

 

Planlaşdırma Qabiliyyətləri

 

Kiçik uşaqlarda “öz” anlayışının inkişafı ilə birlikdə öyrənilən bacarıq: İdarəetmə və planlaşdırma etməyi də inkişaf etdirir. Uşaq bağçası dövründəki uşaqların məlumatı idarə etməsi, diqqətlərini dağıdacaq şeyləri görməzliyə vurmağa çalışması və özü ilə bağlı plan hazırlaya bilməsi, gələcək təhsil həyatı üçün də olduqca faydalıdır.  Uşağınıza bu mənada bəzi vəzifələri xatırladaraq köməkçi ola bilərsiniz. Məsələn, yatmazdan əvvəl dişləri təmizləmək, digər uşaqların oyuncaqlarını almamaq və ya işlər planlaşdırdığı kimi getməyəndə sakitcə başqa plan hazırlamaq kimi…

 

Danışma və Oxuma

 

Uşağınızın oxuma və danışma məsələsindəki bacarıqları, erkən yaşda öyrəndiyi sözlər və dil bacarıqları ilə doğru mütənasibdir. Uşaqlarınız ilə danışarkən bəzən çətin sözlər işlədə, bu sözlərin nə məna verdiyini danışa, kitab oxuya və ya söz oyunları oynayaraq bu istedadı ona qazandıra bilərsiniz. Söz oyunları oynayarkən sözləri nağıllar uyduraraq izah etmək, o sözlə mahnı oxumasına təşviq etmək kimi üsullar da irəlidə özünü ifadə etməsini asanlaşdıracaq.

 

Müstəqillik və Özünə İnam

 

Uşaq bağçası, uşağınızın xarici yetkin və məktəb yoldaşları ilə tanış olacağı, böyük dəyişiklikləri də bərabərində gətirən bir dövrü əhatə edir. Uşağınızı buna hazırlamaq üçün evdə edə biləcəyiniz, məsələn, gündəlik təkrarlanan müstəqil olaraq reallaşdırması kimi çalışmalar sizə yardımçı olacaqdır.

 

Şəxsi Xüsusiyyətlərinə görə Bağ Sahələri Müəyyənləşdirmək

 

Yuxarıda bəhs edilən əsas bacarıqlar, uşaq bağçasına hazır olmaq üçün çox lazımlıdır. Ancaq uşağınız oxuma və riyaziyyata xüsusi maraq göstərirsə, ona yardımçı olacaq və tez öyrənmək istəyini qarşılayacaq tətbiqlərə və veb saytlara baxa bilərsiniz. Uşaq bağçası dövründəki uşaqlar üçün hazırlanmış əyləncəli riyaziyyat oyunları tapa bilər, dilini və oxumasını inkişaf etdirəcək fəaliyyətlər yarada bilərsiniz.(egitimpedia.com)