2022-ci ilin sentyabr ayı üzrə UNEC nümayədələrinin 23 elmi əsəri nüfuzlu elmi nəşr platformalarında indesklənib.
Bu elmi əsərlərin 15-i Scopus, 8-i isə Web of Science elmmetrik bazalarında yer alıb.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nümayəndələri nüfuzlu elmi platformalarda indekslənən elmi nəşrlərə əsərlərini təqdim edərkən mənsub olduğu ali təhsil müəssisəsi kimi “Azerbaijan State University of Economics (UNEC)” qeyd etməlidir. Belə ki, tədqiqatçıların Scopus və Web of Science müəllif profilləri onların elmi əsərləri bu elmmetrik bazalarda indeksləndiyi zaman Clarivate Analytics və Elsevier şirkətləri tərəfindən yaradılır. Bununla yanaşı eyni soyadlı, adlı tədqiqatçıların nəşr fəaliyyətindəki kəmiyyət, keyfiyyət göstəricilərində, müəllif profillərində və mənsub olduğu universitetlərdə əks olunmada qarışıqlığın yaranmaması üçün tədqiqatçılar tərəfindən ORCID (Scopus) və Web of Science qeydlərinin yaradılması məqsədəuyğundur.