Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-07 10:45:00
Universitetlərə boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi BU GÜN başa çatır  

Ali məktəblərin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin (o cümlədən subbakalavrların) ixtisas seçimi sentyabrın 7-si saat 23:59-dək aparılacaq.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, abituriyentlər (subbakalavrlar) elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Bu gün saat 09:50-dək olan məlumata görə, 15 min 501 ərizə təsdiqlənib. Həmin ərizələrdən 11 min 448-I kolleclərə qəbul olmaq üçündür.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5 ci nömrəsində dərc edilib.

Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər (subbakalavrlar) müsabiqəyə buraxılmayacaqlar.