Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-28 14:50:00
Vahid məktəbli fomasından imtina edilir?-Təhlil

Bildiyimiz kimi qarşıdan gələn tədris ilində yeni məktəbli formaları istifadəyə veriləcək. Dünya təcrübəsinə nəzər saldıqda  isə, inkişaf edən ölkələrdə məktəbli forması üzrə vahid geyimə üstünlük verilmədiyini görürük.

 

AzEdu.az müxtəlif inkişaf etmiş ölkələrin məktəbli formasına olan yanaşmasını təqdim edir:

 

Fransada bir neçə təhsil müəssisəsi istisna olmaqla, 1968-ci ildən vahid formasından istifadə edilmir. Bəzi məktəblərdə oğlanlara kostyum və qalstuk, qızlara isə klassik geyim və qara rəngli corab təklif olunur.

 

Məktəbli formaları Almaniyada İkinci Dünya Müharibəsindən əvvəl istifadə olunurdu. 1980-1990-cı illərdə vahid geyim tələbi demək olar ki, aradan qalxdı. Az sayda təhsil ocaqları nizam-intizamı qorumaq üçün bu yaxınlarda vahid məktəbli formalarını yenidən tətbiq edib.

 

 Kanadada dövlət təhsil müəssisələrində məktəbli forması yoxdur. Bəzi məktəblərdə geyimlər “Valideyn-müəllim” birliyində səsvermə hüququ olan valideynlərin 55 faizinin razılığı ilə seçilir.

 

 İngiltərədə vahid məktəbli geyimləri 1960-cı illərə qədər davam etmiş  sonra isə “Uşaq İslahatı” ilə müxtəlif növ formaları yenidən orta təhsildə istifadə olunmağa başlayıb.

 

Belçika və Hollandiyada təhsil müəssisələrində xüsusi formadan istifadə edilmir. Həmçinin, məktəbli geyimləri ilə bağlı heç bir məhdudlaşdırıcı müddəa yoxdur.

 

ABŞ ərazisində formalar ştatlara görə dəyişsə də, ümumiyyətlə dövlət məktəblərində məcburi deyil. Ancaq az sayda rəsmi təhsil müəssisələrində məcburi məktəbli geyimləri var. Bu məsələ yerli idarələrin və məktəb-valideyn birliyinin qərarına əsasən müəyyənləşir.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları