Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-27 09:37:00
16 yaşlı Ruslan ABŞ-da eyni vaxtda 4 universitetə qəbul oldu -FANTASTİK UĞUR

Masallının Ərkivan qəsəbəsində anadan olan, hazırda ABŞ-da yaşayan 16 yaşlı Ruslan Mikayılov Amerikanın eyni vaxtda ödənişsiz və təqaüdlü 4 məşhur universitetinə qəbul olub.

 

Azedu.az  xəbər verir ki, bu barədə yeniyetmənin qohumları sosial şəbəkədə məlumat yayıblar.


9 yaşından ailəsi ilə birlikdə Amerikaya köçən Ruslan 12 illik orta məktəbi əlaçı və nümunəvi şagird kimi vaxtından əvvəl 16 yaşında yüksək qiymətlərlə bitirib.


Ruslana qəbulla bağlı dəvət göndərən universitetlər bunlardır:


1. The George Washington University
2. University of Maryland
3. University of Maryland ( UMBC)
4. Virginia Tech
 

Qeyd edək ki, bir neçə il öncə Ruslan ABŞ-ın sabiq prezidenti Barak Obamanın xanımı Mişel Obama tərəfindən nümunəvi şagird kimi Fəxri Fərmana layiq görülüb. Ruslanın şərəfinə onun oxuduğu məktəbdə Azərbaycan bayrağı asılıb.