Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-28 17:00:00
Doqquzillik təhsil bazasında kolleclərə qəbul üçün qeydiyyatdan keçməyən Azərbaycan bölməsi abituriyentlərinin nəzərinə!

Ümumtəhsil müəssisələrini cari ildə bitirən və kolleclərə qəbul olunmaq üçün qeydiyyatdan keçməyən Azərbaycan bölməsi abituriyentləri üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbulu 2018-ci il martın 1-dən 27-dək və iyulun 6-dan avqustun 6-dək aparılıb. Bu müddətdə qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının hər iki mərhələsində iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün tələb edilən müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 28-dən sentyabrın 3-dək “ekabinet.dim.gov.az” internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasını doldurub təsdiqləyə bilərlər.

Abituriyentlər “Abituriyentin elektron ərizəsi” formasını doldurub təsdiqlədikdən sonra ixtisas seçimi etmək üçün www.eservices.dim.gov.az/erizetex/ixtisas2  internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiqləməlidirlər.

Qeyd edək ki, 9 illik bazada kolleclərin boş qalan yerlərinin ixtisas seçiminə ümumi balı (hər iki mərhələ üzrə) 40‑dan, Azərbaycan (rus) dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Boş qalan yerlərin ixtisas seçimi avqustun 28-dən sentyabrın 3-dək aparılacaq.