Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-20 10:54:00
"Azərbaycan-Türkiyə təhsil sistemində yeni trendlər" mövzusunda tədbir keçirilib

Bursa Uludağ Universitetində "Azərbaycan-Türkiyə təhsil sistemində yeni trendlər" mövzusunda tədbir keçirilib. Tədbir Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Bursa Azərbaycan Həmrəylik və İnnovasiya Dərnəyinin birgə təşkilatçılığı, Bursa Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə həyata keçirilən “Türkiyə-Azərbaycan Müəllimlərinin I Təhsil Zirvəsi” layihəsi çərçivəsində baş tutub. 

 

AzEdu.az xəbər verir ki, tədbir Bursa Uludağ Universitetinin rektoru Ahmet Saim Kılavuzun açılış nitqi ilə başlayıb. 


Tədbirdə Bursa Uludağ Universitetinin Təhsil fakültəsinin professoru Şükrü Akar, Elm Ədəbiyyat fakültəsinin dosenti Mustafa Berkay Aydın, Dr. Banu Elmastaş Dikeç, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə və ADA məktəbinin kimya müəllimi Kamran Məmmədli çıxış edib.


Tədbirdə "Təhsildə yeni çağırışlar", "Şagirdlərin Psixi Sağlamlığı-Qısnama", "Məktəb və şagird təhlükəsizliyi", "Məktəb-Valideyn Münasibətləri", "Təhsilin informasiyalaşdırılması" mövzularına toxunulub. 


Professor Şükrü Akar "Müəllimlik ürəyə toxunmaqdır" deyərək, #sevgiiləöyrət devizi ilə konfransda iştirak edən gənc müəllimlərə tövsiyələr verib. 


Konfrans sual-cavab paneli ilə davam etdirilib.