Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-14 11:12:00
Ukraynada dərslər distant təşkil olunacaq- Nazir

 

Ukraynada müharibə səbəbilə 5-11-ci siniflərin tədrisdən geri qalmaması üçün dərslər distant formada təşkil ediləcək.

 

AzEdu.az xəbər verir ki, bu barədə Ukraynanın Elm və Təhsil naziri Sergey Şkarlet məlumat verib.

 

Nazir, müharibədə ən azı təhlükəsizlik şəraitinin imkan verdiyi qədər təhsil prosesinin təşkilinə çalışılacağını bildirərək,distant təhsil üçün hazırlıqların həyata keçirildiyini qeyd edib.

 

"Sərhədsiz Öyrənmə" adı altında təşkil olunan layihə Ukrayna Təhsil və Elm Nazirliyi, Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi, Ukraynanın PLUSPLUS, Pixel və Public telekanallarının, eləcə də MEGOGO onlayn televiziya platformalarının birgə əməkdaşlığı əsasında həyata keçiriləcək.

 

Layihə çərçivəsində  5-11-ci sinif şagirdləri üçün hər gün ayrı bir fənnin video dərsləri yayımlanacaq.