Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-15 14:10:00
UNEC-də universitetlərin idarə olunması ilə bağlı təhlillər aparılır

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) universitetlərin idarə olunmasında, eləcə də elmi fəaliyyətin və tədrisin təşkilində mövcud sovet mirası və onun ləğvi ilə bağlı aparılan təhlillər davam edir.


AzEdu.az  xəbər verir ki, UNEC-in rektoru professor Ədalət Muradov elmi təhlillərin nəticələri barədə rəsmi feysbuk səhifəsində fikirlərini bölüşüb.

 

Rektor bildirib ki, sovet dönəmində ali təhsilə tələbə qəbulunun strukturu və sayı sovet planlarına uyğun olaraq mərkəzləşdirilmiş qaydada təsdiqlənirdi. Həmin dövrdə müəssisələrin hamısı dövlət müəssisələri idi və ali təhsil müəssisələrinin məzunları mütləq qaydada planda nəzərdə tutulmuş müəssisələrdə təyinata uyğun olaraq işləməli idilər. Şübhəsiz ki, qəbul planında həmin dövlət müəssisələrinin sifarişləri nəzərə alınırdı. Sovet planının olmadığı, bazar iqtisadiyyatı və ölkə iqtisadiyyatında özəl sektorun payının 85 faiz təşkil etdiyi mövcud şəraitdə universitetlərə tələbə qəbulu planının strukturu və sayı mərkəzləşdirilmiş qaydada təsdiq edilir. Deyilənlər qəbul imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsinə aid deyil. Qəbul imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsini məqsədəuyğun və alternativsiz hesab edirik.