Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-03 14:50:00
400 minə yaxın şagirdin summativ qiymətləndirilməsi rəqəmsallaşacaq

2021-ci təqvim ilində ölkənin təhsil müəssisələri üçün indiyədək ən çox sayda -  21 000 kompüter alınıb.

 

AzEdu.az xəbər verir ki,bu barədə Təhsil Nazirliyinin 2021-ci ilə dair hesabatında məlumat verilib.

 

Məlumata əsasən, məktəblərin yeni alınmış kompüterlərlərlə təchizatı nəticəsində 300 min şagirdin  rəqəmsal bacarıqları artacaq, 400 minə yaxın şagirdin summativ qiymətləndirilməsi rəqəmsallaşacaq, 5 regionun (Bakı, Gəncə, Mingəçevir, Şirvan, Sumqayıt)  365 min nəfər şagirdi üçün e-jurnal və e-gündəlik sisteminin tətbiqi mümkün olacaq.