Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-25 13:09:00
Tələbə kredit almaq üçün qəbul imtahanında ən azı bu qədər bal toplamalıdır  RƏSMİ

 

 

"Təhsil tələbə kreditləri (TTK) almaq hüququ olan tələbənin qəbul imtahanında topladığı ümumi balın minimal həddi müəyyənləşib".

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin (TTK) verilməsi ilə bağlı keçirilən brifinqdə deyib.

 

O, qeyd edib ki, həmin hədd Təhsil Tələbə Fondunun himayəçilik şurası tərəfindən qərarlaşdırılıb:

 

 "Bakalavriat səviyyəsi üçün 300-700, magistr üzrə 50-100, subbakalvriyatda isə 110-300 bal aralığında nəticə göstərənlər ilk semestrdə kredit almaq hüququna malik ola bilərlər. Standart kreditlər illik təhsil haqqının 20 %-ni ödəyən tələbələrə veriləcək”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları