Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-19 15:02:00
Riyaziyyat müəllimləri üçün vebinar təşkil olunacaq

Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.

 

İnstitutdan AzEdu.az-a  bildirilib ki, növbəti vebinar oktyabrın 21-də riyaziyyat müəllimləri üçün “Həqiqi ədədlər. Kompleks ədədlər. Nisbət, faiz, tənasüb” mövzusunda keçiriləcək. Vebinarda 271 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Nailə Abbasova çıxış edəcək.

 

Vebinarın keçirilməsində əsas məqsəd riyaziyyat müəllimlərinə “Həqiqi ədədlər” və “Kompleks ədədlər” üzərində əməllərə aid bəzi maraqlı tapşırıqların səmərəli həll üsullarını xatırlatmaqdır. Vebinarda bununla yanaşı, “Faizə aid məsələlər”də “Məhlul” məsələlərinin maraqlı həll yolları təqdim olunacaq.