Azedu.az

Mədəniyyət Nazirliyi də müəllimlərin işə qəbulu müsabiqəsi keçirəcək      

Məktəblər

Universitetlər

Müəllimlər və elm adamları

30 İyul 2018, 16:10
Mədəniyyət Nazirliyi də müəllimlərin işə qəbulu müsabiqəsi keçirəcək      

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinə işə qəbul üzrə növbəti müsabiqə keçiriləcək.

Bu barədə AzEdu.az-a Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlik sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsini, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsini, kadrlara olan tələb-təklif prinsiplərinin gözlənilməsini təmin etmək məqsədilə məktəblərə pedaqoji kadrların işə qəbulu vakant yerlər əsasında müsabiqə yolu ilə aparılır.

Respublikanın uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərinə pedaqoji kadrların işə qəbulu üzrə V müsabiqənin qaydaları, mövcud vakansiyalar və digər məlumatlar 2018-ci ilin 15 avqust tarixində nazirliyin rəsmi internet saytının (www.mct.gov.az) və Uşaq musiqi və incəsənət məktəblərinin tədris portalının (www.music.mctgov.az) “Elanlar” bölməsində yerləşdiriləcək.

Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox