Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-05 11:24:00
Qalib ölkənin ilk Müəllimlər günü-Şəhid təhsil işçilərimiz

1986-cı ildən etibarən 5 oktyabr bütün dünyada Ümumdünya Müəllimlər Günü kimi qeyd olunur.

 

Hazırda ölkəmizdə 150 mindən çox müəllim və təhsil işçisi fəaliyyət göstərir.2011-ci ildən tətbiq edilən müəllimlıərin işə qəbul müsabiqəsindən sonra bu peşəyə maraq artmış və müəllimlərin say və keyfiyyətində yüksəliş müşahidə edilmişdi.

 

Lakin son bir il müəllimlər üçün olduqca qürurverici və yaddaqalan olub.

 

AzEdu.az xəbər verir ki, 2020-ci il 27 sentyabrdan başlayan 44 günlük Vəıtən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərib. Müharibədə 20 təhsil şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə onların hər biri müxtəlif dərəcəli medallarla təltif ediliblər. Şəhid təhsil işçilərindən 19 nəfəri “Vətən uğrunda”, 7-si “Şuşanın azad olunmasına görə”, 3-ü “Füzulinin azad olunmasına görə”, 2-si “Xocavəndin azad olunmasına görə”, 4-ü “Cəsur döyüşçü”, 4-ü “Döyüşdə fərqlənməyə görə”, 5-i “Qubadlının azad olunmasına görə”, 5-i “Cəbrayılın azad olunmasına görə”, 2-si “Laçının azad olunmasına görə”, 1 nəfəri “İgidliyə görə”, 1 nəfəri “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları