Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-11 10:01:00
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin şəhid məzununun xatirəsi yad edilib-FOTO

Sentyabrın 10-da UNEC-in nəzdində Sosial-İqtisadi Kollecinin məzunu, II Qarabağ müharibəsi şəhidi Şaiq Kəlbiyevin doğum günüdür.

 

AzEdu.az xəbər verir ki,44 günlük Vətən müharibəsində şəhid olan Şaiq Kəlbiyevin əziz xatirəsi təhsil aldığı kollecdə ehtiramla yad edilib. Kollecin direktoru Vidadi Orucov tədbirdə çıxış edərək, Şaiq Kəlbiyevin tələbəlik illərindən söz açıb, onun kollecdən “dizayn” ixtisası üzrə məzun olduğunu bildirib. Şəhidlərimizin müqəddəs amal uğrunda döyüşdüyünü diqqətə çatdıran kollec direktoru, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qələbənin əldə olunmasındakı misilsiz xidmətlərindən bəhs edib.

 

Sonra kollecin kollektivi və şəhid Şaiq Kəlbiyevin qrup yoldaşları Qaradağ rayonu, Lokbatan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında Şaiq Kəlbiyevin məzarını ziyarət ediblər.