Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-06 13:24:00
Rəşad Atakişiyevin adı məktəbə verilsin! – Şəhid ailəsindən MÜRACİƏT

İndiyədək şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin adının əbədiləşdirilməsi ilə bağlı qərar qəbul edilməyib. Amma bununla bağlı qərarın olmasını gözləyirik.

 

AzEdu.az xəbər verir ki , bunu   şəhid pilot Rəşad Atakişiyevin qaynatası, politoloq Qabil Hüseynli deyib.

 

Onun sözlərinə görə, şəhidin ata-anası da müraciət edib ki, Samux rayonunun Alabaşlı kəndindəki orta məktəbə Rəşad Atakişiyevin adın verilsin.

 

“Məncə, bu məsələ rayon rəhbərliyi ilə razılaşdırılıb. Şəhidimizin ata və anası Samux rayonunun Alabaşlı kəndində yaşayır. Həmçinin, şəhidin baba evi Şəmkirin Qılıncbəyli kəndindədir. Bu kəndin sakinləri Rəşad şəhid olan gündən kənddəki əsas küçələrdən birinə Rəşad Atakişiyevin adını veriblər və bunun da əbədiləşdirilməsini istəyirlər”.