Azedu.az

 18 min subbakalavr ərizəsini təsdiqlədib

Ali təhsil

Təhsil Nazirliyi

9 Avqust 2021, 11:24
 18 min subbakalavr ərizəsini təsdiqlədib

Ali məktəblərə qəbul olmaq üçün subbakalavrların ərizə qəbulu davam edir.

 

AzEdu.az bildirilir ki, subbakalavrların ərizələrinin qəbulu avqustun 10-dək internet vasitəsilə aparılır. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar isə iyulun 23-dək ərizələrini təsdiq ediblər. Subbakalavrlar DİM-in internet saytının ekabinet.dim.gov.az səhifə¬sin¬də “Şəxsi kabinet” yaratdıqdan (kabineti olmayanlar) sonra “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Bu gün saat 11:00-a olan məlumata görə, 17 min 992 subbakalavr elektron ərizəsini təsdiqlədib.

Ramiz Mehdiyevlə bağlı yeni görüntülər - Dindirilmə başladı
Son xəbərlərDaha çox