Bu il Ukrayna ali məktəblərini bitirərək diplom alan Azərbaycan vətəndaşlarının sayı məlum olub.
AzEdu.az xəbər verir ki, Ukrayna Təhsil və Elm Nazirliyindən bildirilib ki, 2020/2021-ci tədris ilində ölkədəki bütün ali məktəblər üzrə 1298 Azərbaycan vətəndaşı məzun olub.
Məlumata görə, bu il məzun olanlarla birlikdə ümumilikdə 4628 nəfər Azərbaycan vətəndaşı Ukraynada təhsil proqramlarında iştirak edir.