Təhsil kreditlər sentyabr ayından verilməyə başlayacaq.
Azedu.az xəbər verir ki, Bunu Təhsil Nazirliyinin çöbə müdiri Nicat Məmmədli qurumun feysbuk üzərindən təşkil etdiyi canlı yayım zamanı bildirib.
Onun sözlərinə görə, təhsil krediti sosial həssas ailələrə məxsus olan tələbələrə və standart ailələr olmaqla iki yerə ayrılacaq.
Tələbə təhsil haqqının 20 % birbaşa ödədikdən sonra, geridə qalan 80 faizini kredit yolu ilə köçürə biləcək.
Son olaraq onu qeyd edək ki , portal.edu.az portalı hansı tələbənin sosial həssas ailə qrupuna aid olduğunu haqda onun şəxsi kabinetinə məlumat göndərəcək .
Gülcahan Məmmədova