Azedu.az

Türkiyədə bəzi təhsil müəssisələrində rus dili məcburi dərs olacaq  

Ali təhsil

Maraqlı

25 May 2021, 10:05
Türkiyədə bəzi təhsil müəssisələrində rus dili məcburi dərs olacaq  

 

Türkiyədə turizm sənayesi üçün kadr hazırlayan təhsil müəssisələrində rus dili məcburi dərs olub.

 

AzEdu.az-ın məlumatına görə,“RİA Novosti”nin məlumatına görə, bu barədə respublikanın Mədəniyyət və Turizm naziri  Mehmet Nuri Ersoy bəyan edib.

 

“Türkiyəlilər rusiyalıları sevirlər. İki xalq arasında uzunmüddətli tarixi münasibətlər inkişaf edib. Rusiya vətəndaşları son üç-dörd ildə deyil, 20 ildən çoxdur intensiv şəkildə gəlirlər. Ölkəmizdə çoxları rus dilində danışır. Hətta turizmlə bağlı olan peşə məktəblərimizdə belə, rus dili artıq məcburidir”, - deyə o bildirib.

 

Bundan əvvəl bildirilmişdi ki, Türkiyə Rusiya vətəndaşları üçün koronavirusla bağlı zəruri PZR testi tələbini ləğv edə bilər.

Ramiz Mehdiyevlə bağlı yeni görüntülər - Dindirilmə başladı
Son xəbərlərDaha çox