Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-20 17:00:00
 “Universitetlər istəsə də, əmək bazarının tələblərini qarşılaya bilmirlər” – Ədalət Muradov

 

“Bu  gün  verilən  biliklərin  ömrü  məhduddur, bəzi  tədqiqatlara  görə  5-7  ildir.  Bu  o  deməkdir  ki,  5-7  ildən  sonra  bu günkü  məzun  ixtisasını  artırmaq  və  yenidən  ixtisaslaşmaq  üçün  müraciət  edir. Bu  zaman  müraciət  edən  şəxs  yeni  ixtisasa  yiyələnmək  istədiyi  halda  biz  ona ancaq  mərkəzləşdirilmiş  qaydada  təsdiq  edilən  ixtisaslardan  birini  seçməyi  təklif  edirik.Başqa  sözlə  desək, universitetlər  istəsə  də  əmək  bazarının  tələblərini  qarşılaya  bilmirlər”

 

AzEdu.az  xəbər  verir ki,bunu  UNEC  rektoru  Ədalət  Muradov  Bakı  Ali  Neft  Məktəbin  təşkilatçılığı  ilə keçirilən “Post-COVİD  müddətində  Ali  təhsil  və  Tədqiqat” mövzusunda  seminarda  qeyd  edib.

 

Rektor  qeyd  edib  ki, pandemiya  həm  də  universitetlərin  böhranlara  hazırlıqsızlığını  göstərdi:

 

“Doğrudur, bu  problem qismən  də  olsa  sertifikat  proqramları  vasitəsi  ilə  həll oluna  bilər. Bu  halda  sertifikatların  statusu, onların  işə  götürənlər  tərəfindən  ixtisas  göstəricisi  kimi  qəbul  edilməsi  qaydalarının  müəyyən  edilməsi  tələb  olunur. Təhsilverənlər  və  təhsilalanların  rəqəmsal  kompetensiyaları, universitetlərin  rəqəmsal  infrastrukturuna  tələblər  ciddiləşəcək. Bu  isə  öz  növbəsində  elmi  dərəcə, elmi  adların  verilməsi, universitetlərin  akkreditasiyası  məsələsinə  yenidən  və  köklü  baxışı  qaçınılmaz  edir”.