Azedu.az

AzTU-da “Conversation Club” keçirilib

Ali təhsil

8 Aprel 2021, 13:43
AzTU-da “Conversation Club” keçirilib

Aprelin 7-də Azərbaycan Texniki Universitetində (AzTU) müəllim və tələbələrin iştirakı ilə “Motivation and encouragement” mövzusunda “Conversation Club” keçirilib. 

 

AzEdu.az xəbər verir ki, görüş AzTU-nun Dil mərkəzi və Tələbələrlə və abituriyentlərlə işin təşkili sektorunun birgə təşəbbüsü ilə təşkil olunub. 

 

Söhbət zamanı Dil mərkəzinin müdiri Ərəb Tinayev ingilis dilində gündəlik həyatda ən çox istifadə olunan söz və ifadələri, həmçinin digər faydalı məlumatları iştirakçıların diqqətinə çatdırıb.

 

Bildirilib ki, belə görüşlərin mütəmadi keçirilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, “Conversation Club”da iştirak ödənişsizdir.

Ramiz Mehdiyevlə bağlı yeni görüntülər - Dindirilmə başladı
Son xəbərlərDaha çox