Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-02 11:00:00
Hazırda müəllim işləyənlər builki MİQ-də iştirak edəcəklər?- RƏSMİ CAVAB

 

 

 

Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edəcək namizədləri ən çox maraqlandıran suallardan biri də,  hazırda müəllim kimi çalışanların müsabiqədə iştirakı məsələsidir.

 

“Növbəti tədris ili üçün keçiriləcək müəllimlərin işə qəbulu ilə bağlı qaydalar təsdiq edildikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək”.

 

Bu haqda Təhsil Nazirliyindən AzEdu.az-ın  sorğusuna cavab olaraq bildirilib.

 

Xatırladaq ki, mövcud pandemiya vəziyyti ilə əlaqədar olaraq 2020-ci ildə keçirilən MİQ müsabiqəsində hazırda ümumitəhsil müəssisələrində müddətsiz müqavilə əsasında müəllim vəzifəsində çalışan şəxslərin iştirakı mümkün olmayıb.