Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-18 13:17:00
Azərbaycanda distant təhsilə keçən məktəbin müəllimi koronavirusdan öldü - FOTO  

Azərbaycan müəllim koronavirusdan vəfat edib. 

AzEdu.az xəbər verir ki, Bakıda yerləşən R.Nəsrəddinov adına 39 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Təranə Abdullayeva bu gün COVID-19-dan ölüb. 

 

Xatırladaq ki, dünən yayılan rəsmi məlumatlarda koronavirusa yoluxma səbəbindən 39 saylı tam orta məktəbin fəaliyyətini distant formada davam etdirəcəyi bildirilib. 

Məlumatda həmin məktəbdə 2 müəllim, bir direktor müavini və bir texniki işçinin COVID-19 testinin müsbət çıxdığı qeyd edilib.