Azedu.az

ATU-dan tələbələrin kütləvi yoluxması ilə bağlı AÇIQLAMA  

Ali təhsil

15 Mart 2021, 16:48
ATU-dan tələbələrin kütləvi yoluxması ilə bağlı AÇIQLAMA  

Azərbaycan Tibb Universiteti tədris ocağında koronavirusa kütləvi yoluxma halının qeydə alınması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

ATU-dan AzEdu.az -a verilən məlumta görə, tələbələr arasında kütləvi yoluxma yoxdur.

 

"İndiyədək ATU-nun yalnız bir fakültəsində - I Müalicə profilaktika fakültəsinin 6 qrupunda təhsil alan bir neçə nəfərdə COVİD-19-a yoluxma aşkarlanıb. Həmin qruplar distant təhsilə keçirilib. Digər fakültələrimizin heç birində yoluxma halları qeydə alınmayıb.

 

ATU-nun bütün tədris binaları mütəmadi olaraq dezinfeksiya olunur. Klinik baza üzrə əyani dərslərə gələn hər bir tələbənin temperaturu ölçülür", - məlumatda qeyd edilib.

Ramiz Mehdiyevlə bağlı yeni görüntülər - Dindirilmə başladı
Son xəbərlərDaha çox