Azedu.az

UNEC SABAH məzunu YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü seçilib

Ali təhsil

15 Mart 2021, 14:46
UNEC SABAH məzunu YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü seçilib

Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarının məzunu Ülviyyə Axundova Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin İdarə Heyətinin üzvü seçilib.

 

AzEdu.az xəbər verir ki, Ülviyyə Axundova 2018-ci ildə UNEC-in SABAH qruplarının Sənayenin təşkili və idarə olunması ixtisasından məzun olub. Hazırda "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədri və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavinidir.

 

Məzunumuzu təbrik edirik, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

Ramiz Mehdiyevlə bağlı yeni görüntülər - Dindirilmə başladı
Son xəbərlərDaha çox