Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-23 13:09:00
Azərbaycanda  son  illərdə  baş  verən  tələbə  intiharları – Dəhşətli FAKTLAR

 

Son  bir  ayda  ölkəmizdə  intihar  hadisələri  gündən – günə  artır.

 

İntihar  edən  şəxslərin  əksəriyyətinin  tələbə  olması  isə  xüsusi  diqqət  çəkir.

 

Ölkəmizdə  tələbələrin  intihar  hadisələrinin  müşahidə  edilməsi  təəssüf  ki,  ilk  dəfə  deyil.

 

AzEdu.az  Azərbaycanda  son  illərdə  baş  verən  tələbə  intiharlarından  bir  neçəsini  təqdim  edir.

 

1.2013 - cü  ilə  20  yaşlı  Nilufər  Aqşin  qızı  Məhərrəmova  özünü  yaşadığı binanın  6- cı  mərtəbəsindən  atıb. O, aldığı  xəsarətdən  hadisə  yerindəcə keçinib.

        

Nilufər  Məhərrəmova  Mingəçevir  Politexnik  İnstitutunun  III  kurs  tələbəsi  idi. Onun  siyasi  təşkilatla  əlaqəsi olduğu  və  yayımladığı  məqalə  səbəbi  ilə  intihar  etdiyi  iddia  olunsa da, araşdırmalar  nəticəsində  bu  iddianın  əsassız  olduğu  ortaya  çıxıb. İntihar  səbəbi  kimi  onun  psixoloji  durumu  və  bu  səbəblə  bir  neçə  dəfə  müalicə  alması  müəyyən  olunub.

 

  1. 2014 – cü ildə 1995- ci  il  təvəllüdlü  Etibar  Nazim  oğlu  İmamzadə  özünü  ağacdan  asaraq  intihar  edib. O, Azərbaycan  Texniki  Universitetinin ikinci  kurs  tələbəsi  olub. E. İmamzadə  facebook  sosial şəbəkəsində   intihardan  bir  müddət  öncə  “Sabah  ya  da  birisi  gün  bəlkə  getdim “facebook”dan. Özü  də  həmişəlik” statusunu  yazıb.

 

  1. 2015 – ci ildə 1996-cı  il  təvəllüdlü, Ağalar  Əflatun  oğlu  Ağalarlı  özünü ağacdan  asaraq  intihar  edib. O, Bakıda  Texniki  Universitetin  “Energetika” fakültəsinin  II  kursunda  təhsil  alırdı. Ölüm  səbəbi  ilə  bağlı  bir  neçə  versiyanın  olması, ancaq  araşdırmaların  davam  etdiyi  bildirilib.  Ancaq  əsas  səbəb  kimi  daha  dəqiq  olaraq  kəsri  olması  səbəbi  ilə  intihar  etdiyi  versiyası  göstərilib.

 

  1. 2016 – cı ildə Maarif  Hüseyn  oğlu  Abbasov  özünü  yataqxananın  11- ci mərtəbəsindən  ataraq  intihar  edib. O, Bakı  Ali  Neft  Məktəbinin  4- cü  kurs tələbəsi  olub. Tələbənin  atası  oğlunun  əlaçı  tələbə  olduğunu  və  birdən – birə  əslində  onun  bir  neçə  fəndən  kəsri  olduğunu  öyrəndiklərini  deyib. Hadisə  ilə  bağlı  tələbənin  dostları  intihara  səbəb  kimi  tələbənin  valideynlərini  günahlandırıb  və  onlara  qarşı  etirazlarını  bildiriblər.

 

  1. 2018 – ci ildə 1996-cı  il  təvəllüdlü  Ramiz  Şahmalıyev  özünü  asaraq  intihar  edib. Azərbaycan  Dövlət  Neft  və  Sənaye  Universitetinin  IV  kurs tələbəsi  olan  gənc  replə  məşğul  olub. Kiçik  araşdırma  zamanı  intihardan  təxminən  iki  həftə  öncə  gəncin təqdim  etdiyi  son  trekindəki  “Yaxşısı  ölüm  gedim, mənim  yerim  məzardı” sözləri  xüsusi  ilə  diqqət  çəkib. O  replərində daha  çox  pessimist  ruhda  sözlərə  yer  verib.

 

  1. 2019 – cu ildə 1999- cu  il  təvəllüdlü  Elməddin Vüqar  oğlu  Bəşirov yaşadığı  Binə  qəsəbəsindəki  evdə  özünü  asaraq  intihar  edib. O, Sumqayıt Dövlət Universitetinin  II  kurs  tələbəsi  olub.

 

  1. 2020 – ci ilin fevral ayında   1998- ci  il  təvəllüdlü  Qurbanov  Müzəffər  Qəzənfər  oğlu özünü  dənizə  ataraq  intihar  edib. O,  Sumqayıt  Dövlət  Universitetinin  IV  kurs  tələbəsi  olub. Tələbə  yoldaşları  bildiriblər  ki, Müzəffər  Qurbanov intihar  etməzdən  əvvəl  dəfələrlə  azyaşlı  qardaşının  itkisinə  dözə bilmədiyini  və  ona  tezliklə  qovuşacağını  söyləyib. Sonradan  isə  2017-ci ildən sevdiyi  qızın  başqası  ilə nişanlanması  ona  böyük  zərbə  olub  və  bu barədə  öz  sosial  səhifəsində  paylaşım  edib.

 

  1. 2020 – ci iliniyun  ayında   1999-cu  il  təvəllüdlü  Nağıyeva  Günel Bəhram  qızı  binanın  18- ci  mərtəbəsindən özünü  ataraq  intihar  edib. O,  Azərbaycan  Dövlət  Pedaqoji  Universitetinin  Təsviri  incəsənət müəllimliyi  ixtisasının  III  kurs  tələbəsi  olub. Tələbə  yoldaşlarının sözlərinə  görə, istəmədiyi  adamla  ailə  həyatı  qurmağa  məcbur  edildiyi üçün,  təəssüf ki,  çıxış  yolunu  bu  addımda  görüb.

 

  1. 2020 – ci iliniyul ayında  Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  tələbəsi  Ramil Kazımov  intihar  edib.

 

Qeyd  edək  ki, mərhum  sözügedən  universitetin  İqtisadiyyat  fakültəsinin üçüncü  kurs  tələbəsi  olub.

 

  1. 2021 - ciil yeni başlamasına  baxmayaraq  artıq   ard- arda  intiharlar  müşahidə  olunur. Fevral  ayının  əvvəli   Azərbaycan  Dövlət  Pedaqoji Universitetinin  Ağcabədi  filialında  təhsil  alan  tələbə  Ramil  Axundov  intihar  edib. Sözügedən  tələbə  Tələbə  Gənclər Təşkilatının  sədri  olub. Gəncin  hansı  səbəbdən  bu  addımı  atdığı  hələlik  məlum  deyil.

 

  1. Fevral ayının  19 – u  isə  20  yaşlı  Sevil  Atakişiyeva  Yeryemenko küçəsindəki  çoxmərtəbəli  binanın  20- ci  mərtəbəsindəki  mənzilin eyvanından  özünü  ataraq  intihar  edib. O, Azərbaycan  Turizm  və  Menecment  Universitetinin  tələbəsi  olub.

İntihar  səbəbi  kimi  ailəsi  tərəfindən  psixoloji  və  fiziki  şiddətə  məruz  qalması  ilə  bağlı  müəyyən  dəlillər  var.  Ancaq  hadisənin  dəqiq  səbəbləri  araşdırılır.

 

  1. Son olaraq isə  Fevralın  21- i  Sumqayıt  şəhərində  2001-ci  il təvəllüdlü  Vüsalə  Rəhimli  özünü  dənizə  ataraq  intihar  edib. O, Sumqayıt Dövlət  Universitetinin  nəzdində  Sumqayıt  Dövlət  Texniki  Kollecinin  IV kurs  tələbəsi  olub. Hadisə şahidlərinin  sözlərinə  görə, gənc qız bir neçə dəfə dənizin  sahilinə  yaxınlaşsa  da  geri çəkilib. Gənc  qızın  hansı səbəbdən intihar  etməsi  hələlik  məlum deyil. Faktla  bağlı  araşdırma  aparılır.

 

Qeyd  edək  ki,  yuxarda  sadalanan  intiharlar  bu  günə  kimi  Azərbaycanda  baş  verən  tələbə  intiharlarının  sadəcə  bir  qismidir.