Azedu.az

Tailandda magistratura səviyyəsi üzrə təqaüd proqramına sənəd qəbul olunur  

Ali təhsil

Xaricdə təhsil

20 Fevral 2021, 14:27
Tailandda magistratura səviyyəsi üzrə təqaüd proqramına sənəd qəbul olunur  

Tailand Beynəlxalq Əməkdaşlıq Agentliyi 2021-2022-ci tədris ili üçün magistratura səviyyəsi üzrə təqaüd proqramı elan edib.

Təhsil Nazirliyindən  bildirilib ki, proqram Azərbaycan vətəndaşları üçün Tailand universitetlərində magistratura səviyyəsində təhsil almaq imkanı yaradır. Proqramın şərtlərinə əsasən, dövlət sektorunda çalışan əməkdaşlara üstünlük verilir. Təqaüd proqramı ilə təhsil almaq istəyənlər martın 15-dək müraciət edə bilərlər.

Rusiya üçün ağır itki - Şok ölüm xəbəri yayıldı
Son xəbərlərDaha çox