Azedu.az

AzTU-da ilk dəfə virtual "Açıq qapı" günü keçirilib - FOTO

Ali təhsil

11 Fevral 2021, 09:36
AzTU-da ilk dəfə virtual

Azərbaycan Texniki Universitetində (AzTU) Şamaxı məktəbliləri üçün ilk dəfə virtual "Açıq qapı" günü keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə işdirak edən AzTU-nun əməkdaşları məktəblilərə universitetin fakültələri və ixtisasları, ikili diplom proqramları, tələbə həyatı, karyera imkanları və gənc tədqiqatçıların uğurlu layihələri haqqında məlumat verib.

 

İki saat davam edən görüşdə məktəblilərin texniki ixtisaslara böyük maraqları olduğu müşahidə olunub.

 

Qeyd edək ki, "Açıq qapı" günləri həftə sonları Bakı və regionlarda təhsil alan XI sinif şagirdləri üçün mütəmadi olaraq keçiriləcək.

Rusiya üçün ağır itki - Şok ölüm xəbəri yayıldı
Son xəbərlərDaha çox