UNEC-in Rus İqtisad Məktəbinin direktor müavini, professor Elşad Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvü seçilib.
Universitetdən AzEdu.az-a verilən məlumata görə, səsvermədə 260 nəfərin qeydiyyatdan keçdiyi seçkidə 227 nəfər səsvermədə iştirak edib. Şəffaf şəkildə keçirilən seçkinin yekunu olaraq, UNEC-in professoru ictimai şuranın 15 üzvündən biri seçilib.