Azedu.az

Bakı Texniki Kollecində şəhidlərə həsr edilən guşə yaradılıb

Ali təhsil

10 Fevral 2021, 14:23
Bakı Texniki Kollecində şəhidlərə həsr edilən guşə yaradılıb

Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində Bakı Texniki Kollecində “Şəhidlər ölməz, Vətən bölünməz” adlı guşə açılıb. Məqsəd şəhidlərimizin qəhrəmanlığının gənc nəsillərə örnək olması və onların adlarının yaşadılmasıdır.

 

AzEdu.az xəbər verir ki, guşədə Milli qəhrəmanlar - Polad Həşimov,  İlqar Mirzəyev, Əlif Hacıyev, Riad Əhmədov və digərləri ilə yanaşı Bakı Texniki Kollecinin də şəhid tələbə və məzunlarının fotoları yer alıb.

 

Qeyd edək ki, Bakı Texniki Kollecinin 30-dan çox tələbə və məzunu 44 günlük Vətən müharibəsində iştirak edib. Onlardan iki nəfəri – Elxan Ramazanov və Elçin Abbasov şəhidlik zirvəsinə ucalıb, üç nəfər isə qazi olub.

 

Allah şəhidlərimizə rəhmət eləsin!

Rusiya üçün ağır itki - Şok ölüm xəbəri yayıldı
Son xəbərlərDaha çox