Azedu.az

Azərbaycanda ən çox hansı ölkə vətəndaşları ali təhsil alır?  

Ali təhsil

Tələbələr

25 Yanvar 2021, 10:28
Azərbaycanda ən çox hansı ölkə vətəndaşları ali təhsil alır?  

Azərbaycanın ali təhsil müəssisələrində ölkə vətəndaşları ilə yanaşı 84 xarici ölkədən 5,7 min tələbə də təhsil alır.

 

AzEdu.az-ın məlumatına görə, əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Gürcüstan, Rusiya, Türkmənistan, Nigeriya və Pakistan vətəndaşları üstünlük təşkil edirlər.

 

2020/2021-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 975 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 37,5 faizi Bakı, 62,5 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Macarıstan, Türkiyə, Rusiya, Çin, Latviya və Birləşmiş Krallığın ali təhsil müəssisələrində təhsil alır.

Rusiya üçün ağır itki - Şok ölüm xəbəri yayıldı
Son xəbərlərDaha çox