Azedu.az

8 yaşlı uşaq universitet tələbəsi oldu

1 İyul 2018, 09:00
8 yaşlı uşaq universitet tələbəsi oldu

Belçikada orta təhsili il yarıma tamamlayan 8 yaşlı Loren Simons universitetdə oxumağa başlayacaq. 

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, yerli radioya açıqlama verən Simons ən sevdiyi fənnin riyaziyyat olduğunu deyib. O, əvvəlcə həkim və ya astronom olmaq istədiyini desə də, hazırda kompyuter elmləri ilə maraqlandığını söyləyib.

Ailəsi Simonsun İQ səviyyəsinin 145 olduğunu bildirib. Lorenin atası oğlunun ixtisas seçiminə qarışmayacaqlarını deyib: “Əgər Loren sabah mebel ustası olmaq istəsə, qərarından xoşbəxt olduğu müddətdə bizim üçün problem deyil”.

TƏCİLİ! Ölkədə kütləvi həbslər BAŞLADI: Bu məmurlar SAXLANILDILAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox