https://www.zirve.edu.az/
14.01.2021 09:50
"2007-2015 Dövlət Proqramı" məzununun təlimi  

 

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda əldə etdikləri bilik və bacarıqların paylaşılması məqsədilə təlimlər keçirilir.

 

AzEdu.az-ın məlumatına görə, 15 yanvar saat 17:00-da baş tutacaq təlim proqramı “Marketinqin əsasları” mövzusuna həsr edilib. Təlimçi yuxarıda qeyd olunan Dövlət Proqramı çərçivəsində Koreya Respublikasının “Korea Advanced Institute of Science and Technology”( KAIST) universitetinin bakalavriat səviyyəsi üzrə məzunu Səyyarə Hüseynovadır.

 

Təlimdə iştirak etmək üçün müvafiq link vasitəsilə https://bit.ly/2LKuyXY  qeydiyyatdan keçmək mümkündür.

 

Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.