Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-17 11:24:00
Səlcuk Bayraqdarın fantastik təhsil həyatı və imza atdığı ilklər - MARAQLI

 

10 noyabr tarixi ölkəmizin həyatına qızıl hərflərlə yazıldı. Qələbəmizin əldə edilməsində hərbi sənayenin inkişafı  və müasir texnologiyaların tətbiqi də böyük rol oynadı.

 

 

“Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Səlcuk Bayraktarın  istehsal etdiyi bu hərbi sənaye məhsullarından müharibənin gedişatında çox istifadə edildi.

 

 

Bayraktar  yalnız PUA-larla deyil, həm də mənəvi dəstəyi ilə ölkəmizin yanında olmağı bacardı.

 

AzEdu.az mühəndis və iş adamı Səlcuk Bayraktarın təhsil həyatı ilə bağlı yazını təqdim edir:

 

Əslən Trabzondan olan Selçuk Bayraktar 1979-cu ildə İstanbulun Sarıyer mahalında Özdemir - Canan cütlüyünün ikinci övladı olaraq dünyaya gəlib. Atası Özdemir Bayraktar aerokosmik sənaye, robot idarəetmə sistemləri, pilotsuz uçuş aparatı istehsalı üzrə ixtisaslaşan Baykar Makina şirkətinin qurucusu və sahibidir. Təhsil həyatına Sarıyer ibtidai məktəbində başlamış, buranı bitirdikdən sonra Robert Kollecinə daxil olub.

 

1997-ci ildə Robert  Kollecini bitirib. Elə həmin il İstanbul Texniki Universiteti Elektron və Rabitə Mühəndisliyi bölməsində ali təhsilinə başlayıb.

 

Universitetdə təhsil aldığı müddətdə  Pensilvaniya Universiteti GRASP laboratoriyasına təcrübə keçmək üçün  müraciət edib və  istəyinə çatıb.

 

Təcrübə müddətində təqaüd verildikdən sonra 2002-2004-cü illər arasında Pensilvaniya Universitetində pilotsuz təyyarələr ixtisası üzrə magistr dərəcəsini tamamlayıb.

 

Massaçusets Texnologiya İnstitutunda ikinci magistr dərəcəsini pilotsuz hava vasitələrinin aqressiv manevr nəzarəti üzrə təqaüdlə bitirib. Bu dövrdə o, professor Corc Pappas və professor Erik Feronun köməkçi kimi çalışıb. Dünyada ilk dəfə həyata keçirilən PUA forması uçuş təcrübələri, quru və hava koordinasiyalı robot qrupları, uçuşa nəzarət və rəhbər sistemlər haqqında elmi araşdırmalar aparıb.

 

Təhsilinin ardından 2007-ci ildə Türkiyəyə dönüb. Ailəsinə məxsus Baykar Makina şirkətinin texniki meneceri olub. Türkiyə tərəfindən inkişaf etdirilən pilotsuz uçuş aparatları, idarəetmə, avionik sistem arxitekturası, naviqasiya alqoritmləri, kinematik və sistemin dinamikləri, yerləşmiş proqram inkişaf etdirmə və elektron avadanlıq kimi sahələr ilə məşğul olub.

 

Komandası ilə yaratdığı “Bayraktar TB2”  pilotsuz uçuş aparatlarını Türkiyə-PKK qarşıdurmasında, Suriyada vətəndaş müharibəsi, Liviyadakı ikinci vətəndaş müharibəsində geniş şəkildə istifadə edilib.

 

Bayraktar Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil olan ilk pilotsuz uçuş aparatı Bayraktar Mini PUA-nın yaradıcısı olub. Türkiyənin ilk hücum pilotsuz uçuş aparatı Bayraktar Akıncının (PUA) yaradılmasında xüsusi əməyi olub.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları