https://www.zirve.edu.az/
16.10.2020 12:00
TN:Bir çox bölgələrdə internetlə bağlı problemlər var

“1 milyondan çox şagird ”Virtual Məktəb” üzərindən  qeydiyyatdan keçib, 100 mindən çox müəllim həmin platformada dərs deyib”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyi və TƏBİB-in birgə keçirdiyi brifinqdə deyib

 

Nazir “Virtual Məktəb”də həyata keçirilən dərs prosesindən söz açıb:

 

“Müəllim və şagirdlərin “Virtual Məktəb” üzərindən dərs prosesi Təhsil Nazirliyi tərəfindən izlənilib. Bir çox bölgələrimizdə internetlə bağlı problemlər olub. Bu səbəbdən də biz həmin ərazilərdə 5 gün  əyani dərs prosesini tətbiq etdik. Bu 2000 minə yaxın məktəbi əhatə edirdi”.

 

Qeyd edək ki, 19 oktyabrdan 2 noyabra kimi ölkədə olan bütün təhsil müəssisələrində tətil elan edilib.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları