Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-16 11:26:00
Elan olunan tətil günləri  gələcək vaxtlarda konpensasiya ediləcək -Nazirdən anons

 

 

“Bu tətil müəyyən mənada tədris ilinin qısalmasına və şagirdlərin daha az dərs keçməsinə gətirib çıxarmır”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyi və TƏBİB-in birgə keçirdiyi brifinqdə deyib

 

O,  şagird və tələbələrin dərslərdən uzaq düşməyəcəyini söz açıb:

 

“Biz situasiyaya uyğun şəkildə qərarlar veririk. Bu tətil müəyyən mənada tədris ilinin qısalmasına və şagirdlərin daha az dərs keçməsinə gətirib çıxarmır. Şagirdlər bu dərsləri yaxın günlərdə alacaqlar”.

 

Qeyd edək ki, 19 oktyabrdan 2 noyabra kimi ölkədə olan bütün təhsil müəssisələrində tətil elan edilib.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları