Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-15 14:02:00
  "Sağlam Təhsil" sinif şagirdlərindən Qarabağ Azərbaycandır! fləşmobu - VİDEO

 

Bakı şəhəri 161 nömrəli tam orta məktəbinin "Sağlam Təhsil" sinfinin şagirdlərindən Qarabağ Azərbaycandır! fləşmobu. 

 

Qeyd edək ki, 2014-2015-ci ilin tədris ilindən etibarən Bakı və Sumqayıt şəhərlərinin 6 tam orta məktəbinin 15 birinci sinfində təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məqsədilə “Sağlam təhsil–sağlam millət” layihəsinin tətbiqinə başlanılıb.

 

Hazırda 39 məktəbin 183 ibtidai sinfi “Sağlam təhsil” texnologiyaları əsasında təmir və təchiz edilib. Layihənin tətbiq olunduğu  məktəblərdə aparılan tibbi, psixoloji, sosioloji, pedaqoji monitorinqlərin nəticələri göstərib ki, sağlam təhsil texnologiyaları təhsil alanların fiziki-psixi inkişafına, təlim nailiyyətlərinin yüksəldilməsinə, emosional-psixoloji vəziyyətinin yaxşılaşmasına səmərəli şərait yaradır.